"Mançester Yunayted" Paul Poqba ilə bağlı qərarını verib.
Fanat.Az "Daily Mail"a istinadən xəbər verir ki, fransalı ulduz qış fsiləsində komandadan göndərilməyəcək.
Baş məşqçi Joze Mourinyo ilə problemləri olan Poqbanın qışda "Mançester Yunayted"dən ayrılacağı deyilirdi. Hətta onun "Barselona"ya transfer olunacağı da iddia olunurdu.
Qeyd edək ki, "Mançester Yunayted" Poqbanı 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya alıb. Bu həmin vaxt rekord hesab olunurdu.
Fanat.Az