"Mançester Yunayted" 93 il idi ki, bu günə düşməmişdi

"Mançester Yunayted" 93 il idi ki, bu günə düşməmişdi

"Mançester Yunayted" cari mövsüm bütün turnirlərdə çıxdığı 26 qarşılaşmanın 13-də məğlub olub.

Fanat.Az xəbər verir ki, MY yalnız 1930/31 mövsümündə  bundan bərbad nəticə göstərib.

Həmin vaxt "qırmızı şeytanlar" Yeni ilə qədər 16 dəfə uduzub və yekunda İngiltərə çempionatını 22-ci - sonuncu pillədə tamamlayıb.

Qeyd edək ki, İPL-in geridə qalan 18 turundan sonra 28 xalı olan Mançester təmsilçisi turnir cədvəlində 8-ci yerdə qərarlaşıb. Erik ten Haqın çalışdırdığı kollektiv Çempionlar Liqasında qrup sonuncusu olaraq avrokuboklarda mübarizəni dayandırıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər