Ser Aleks Ferqyussonun gedişindən sonra heç cür özünə gələ bilməyən "Mançester Yunayted" yenidən dəyişikliyə hazırlaşır. Fanat.az xəbər verir ki, Mançester klubunun yayda Luis van Qaalı istefaya göndərəcək.
Bir müddət əvvəl Premyer Liqa klubunun "Çelsi"dən ayrılan Joze Mourinyonu komandanın başına gətirəcəyi deyilirdi. Lakin artıq klub rəhbərliyi fikrini dəyişib.
"Daily Mirror"un xəbərinə görə, van Qaalı komandanın sabiq üzvü Rayan Giqqz əvəzləyəcək. Qəzet iddia edib ki, Aleks Ferqyussonun da kluba qayıdacağını iddia edib. Belə ki, o, komandada məsləhətçi kimi fəaliyyət göstərəcək.
Fanat.az