Zidan “Mançester Yunayted”ə cavab verdi

Zidan “Mançester Yunayted”ə cavab verdi

“Mançester Yunayted” Zinəddin Zidanı komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi planlaşdırsa da, mütəxəssis bundan imtina edib.

Fanat.Az xəbər verir ki, bu məlumatı futbol insayderi Kristian Falk “Twitter” hesabında yazıb. 

Tanınmış jurnalistin sözlərinə görə, Zidan “Mançester Yunayted”in direktorlar şurasına Premyer Liqada işləməyə hazır olmadığını və yaya qədər işinə fasilə vermək istədiyini bildirib.

Xadırladaq ki, 49 yaşlı mütəxəssisin sonuncu iş yeri İspaniyanın "Real Madrid" klubu olub. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər