Vətən müharibəsində iştirak edən hakimimiz ordudan təxris olundu

Vətən müharibəsində iştirak edən hakimimiz ordudan təxris olundu
Gənc hakim Kamal Umudlu ordudan təxris olunub.
Fanat.Az xəbər verir ki, Vətən Müharibəsinin ilk günlərindən ordu sıralarına cəlb olunan, çətin döyüş yolu keçən Kamal Umudlu artıq evindədi.
 
Bu barədə Umudlu sosial şəbəkədəki paylaşımında bildirib: "Hər kəsə salamlar. İlk öncə bu paylaşımı etməyi özümə borc bildim. Allah şəhidlərimizə rəhmət, yaralılarımıza təcili şəfalar versin. Hələdə ximətdə olan əsgərlərimizində tez bir zamanda sağsalamat evlərinə dönməsini arzuluyuram. Mənə görə bu döyüşlərdəki qələbənin əsas ünsürlərindən biri, ən öndə vuruşan şəxslər və xalqımızda olan birlik idi. Hər bir kəsə təktək şəxsidə yaza bilmədiyimə görə üzürlü sayın. Bu müddət ərzində əlaqə saxlayıb marqlanan tanıyan, tanımayan hər bir kəsə, dost tanışlar, hakim yoldaşlarım bir sözlə hər bir kəsə minnətdaram. Eyni zamanda Hakimlər Komitəsi və AFFA rəhbərliyinədə daim əlaqə saxlayıb, göstərdikləri böyük maddi və mənəvi dəstəyə görə təşəkkür edirəm. İnşəAllah ən qısa zamanda yaşıl meydanlarda görüşmək ümidi ilə..."
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər