Misli Premyer Liqasının 7-ci turu çərçivəsində Yevlaxda "İmişli" ilə üz-üzə gələcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Ağdam təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov 4 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Yarımmüdafiəçi Dieqo Rosa (Diego Rosa), mərkəz müdafiəçisi Bəhlul Mustafazadə, sağ cinah müdafiəçisi Elvin Cəfərquliyev və hücumçu Taofik İsmail (Taofiq Ismail) zədə səbəbindən "pələnglər"ə qarşı oynamayacaqlar. "Köhlənlər"in cəzalı oyunçusu yoxdur.
Qeyd edək ki, "İmişli" - "Qarabağ" görüşü bu gün keçiriləcək. Yevlax şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.
Nihat