Tete "Qalatasaray"dan narazıdır

Tete "Qalatasaray"dan narazıdır

Mövsümün əvvəlində böyük ümidlərlə “Şaxtyor”dan "Qalatasaray"a transfer olan Tete İstanbul klubunu UEFA-ya şikayət edib.

Fanat.Az "Lider News"a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu son 2 ayın maaşını klubdan ala bilmədiyi üçün Avropa futbol qurumuna ərizə yazıb.

Qeyd edək ki, Tete cari mövsüm "Qalatasaray" forması ilə 23 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər