"Mançester Yunaydet" baş məşqçisi Ule Qunnar Sulşerlə (Ole Gunnar Solskjaer) müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.
Xəbərə görə, 48 yaşlı norveçli mütəxəssisin sözləşməsi 2024-cü il iyun ayına qədər uzadılıb.
Qeyd edək ki, Sulşer 2018-ci ilin dekabrından "Mançester Yunayted"də çalışır. Komanda onun rəhbərliyi altında son mövsümü ikinciliklə başa vurub.
Emin Şəmsiyev