Runinin "Mançester Yunayted" arzusu

Runinin "Mançester Yunayted" arzusu

"Mançester Yunayted"in sabiq əfsanəvi futbolçusu, hazırda isə "Derbi Kaunti"nin baş məşqçisi olan Ueyn Runi maraqlı açıqlama ilə diqqət çəkib. 

Fanat.Az xəbər verir ki, "The Sun" 36 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

"Mənə "Everton"da işləmək üçün görüş təklif etdilər, amma mən "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyirəm. İndi hazır olmadığımı bilirəm, amma bir gün bunun baş verəcəyinə əminəm. Bunun üçün planlı şəkildə hərəkət etməliyəm".

Runinin çalışdırdığı "Derbi Kaunti" hazırda 25 xalla Çempionşipin turnir cədvəlində sonuncu - 24-cü yerdə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər