Runi "Mançester Yunayted"i tənqid etdi: "Hərə özü üçün oynayır"

Runi "Mançester Yunayted"i tənqid etdi: "Hərə özü üçün oynayır"

"Mançester Yunayted"in əfsanəvi futbolçularından olan Ueyn Runi Ole Qunnar Sulşerin baş məşqçi postundan göndərilməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, " talkSPORT"a danışan "Derbi Kaunti"nin çalışdırıcısı norveçli mütəxəssisin məhsuldar işini qeyd edib və "Mançester Yunayted"in futbolçularını tənqid edib:

“Sulşer kluba sabitliyi qaytarmaq üçün xeyli iş gördü. Amma “Mançester Yunayted” kimi komandada olub istədiyiniz nəticəni əldə etməsəniz, işinizi itirəcəyiniz açıq-aydındır.

Ule üçün həqiqətən üzgünəm. Amma mən əminəm ki, “Mançester Yunayted” uğurla inkişaf edəcək və özünə uyğun məşqçi tapacaq. “Uotford”la matça baxanda çox əsəbləşdim. Məşqçi göstəriş verə bilər, hər şeyi danışa bilər, amma bəzi futbolçuların pis çıxışına bəraət qazandırmaq olmaz. Oyunçuların topu itirməsi, əllərini yelləməsi və buna görə bir-birini günahlandırması qəbuledilməzdir. Hərə özü üçün oynayır.

Bunu öz oyunçularımın ifasında görsəm, çox əsəbləşərdim. Bu futbolçular dünyanın ən böyük klublarından birində oynayırlar. “Mançester Yunayted”də oynamaq şərəfdir.

Fikrimcə, futbolçular daha çox iş görməlidir. Mən Çempionlar Liqası və ya Premyer Liqanın qalibi olmaqdan danışmıram, lakin futbolçular azarkeşlərə klubun onlar üçün nə qədər vacib olduğunu göstərməlidirlər”.

Qeyd edək ki, "Mançester Yunayted"in ulduz  futbolçusu Kriştianu Ronaldu da bir neçə gün öncə komanda yoldaşlarını oyuna məsuliyyətsiz yanaşmada günahlandırmışdı.

Xatırladaq ki, "Uotford"a 1:4 hesabı ilə məğlub olduqdan sonra "Mançester Yunayted" rəhbərliyi Ule Qunnar Sulşeri baş məşqçi postundan azad edib.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər