Ronaldunun agenti "Mançester Yunayted"dən nəyi xahiş etdi?

Ronaldunun agenti "Mançester Yunayted"dən nəyi xahiş etdi?

Kriştianu Ronaldunun agenti Jorje Mendeş "Mançester Yunayted"ə müraciət edərək yeni təklif irəli sürüb.

Fanat.Az xəbər verir ki, o, "qırmızı şeytanlar"dan 37 yaşlı hücumçu ilə yeni müqavilə imzalamağı və onu növbəti mövsüm Çempionlar Liqasında oynaya bilməsi üçün icarəyə verməyi xahiş edib. Bu barədə ispaniyanın "El Partidazo de COPE" telekanalı məlumat yayıb.

Qeyd edək ki, Ronaldunun icarəyə gedəcəyi mümkün klublar arasında "Atletiko Madrid" və "Bayern Münhen" kimi tanınmış komandaların adları hallanır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər