"Mançester Yunayted" in mətbuat xidməti Kriştianu Ronaldunun (Cristiano Ronaldo) 7 nömrəli formada oynayacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Premyer Liqa qaydaları nömrələrin dəyişdirilməsini qadağan edib, lakin 21 nömrəli formanın sahibi Deniel Ceymsin (Daniel James) "Lids Yunayted"ə qoşulmaq üçün klubdan ayrılması işə yarayıb. 7 nömrəli futbolkanı geyinən Edinson Kavani (Edinson Cavani) boş qalmış 21 nömrəli formanı götürməyə razılıq verib və 7 nömrə Ronalduya nəsib olub.
Xatırladaq ki, Ronaldu 2003-2009-cu illərdə "qırmızı şeytanlar"ın sıralarında sonrakı klublarda da dəyişmədiyi 7 nömrəli formayla top qovub.
Emin Şəmsiyev