Qurban Qurbanov “Qalatasaray”la matçdan öncə brifinq keçirəcək

Qurban Qurbanov “Qalatasaray”la matçdan öncə brifinq keçirəcək

Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın bu matçdan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi nəzərdə tutulub.

Fanat.Az xəbər verir ki, martın 25-də saat 16:45-də Bakı Olimpiya Stadionunda baş məşqçi Qurban Qurbanovun brifinqi keçiriləcək.

Saat 17:00-da isə komandanın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Xatırladaq ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər