"Qalatasaray"dan Səlcuk İnanla bağlı şok qərar

"Qalatasaray"dan Səlcuk İnanla bağlı şok qərar

"Qalatasaray" heyətində gəncləşdirmə siyasətinə hazırlaşır. Fanat.Az xəbər verir ki, İstanbul klubu qış fasiləsindən etibarən yaşlı oyunçularla yollarını ayırmağa başlayacaq.

İlk yola salınanlar Hamit Altıntop (34 yaş), Sabri Sarıoğlu (32), Hakan Balta (32) kimi futbolçular olacaq. Artıq baş məşqçi  Jan Olde Riekerink skautlara onların yerinə yerli və əcnəbi gənc oyunçuların tapılmasını tapşırıb.

"Qalatasaray" rəhbərliyi Səlcuk İnanla bağlı da qərar verib. Bu mövsüm klubdan 2 milyon 850 min avro maaş və 25 min avro matçbaşı alacaq 31 yaşlı futbolçuya qış fasiləsində sərfəli təklif gələcəyi halda satılacaq. 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər