"Qalatasaray"dan Felipe Melo bombası

"Qalatasaray"dan Felipe Melo bombası

"Qalatasaray"da Felipe Melonun tranferi yenidən gündəmə gəlib. Fanat.Az xəbər verir ki, klub rəhbərliyi braziliyalı futbolçunun geri qaytarılmasının yollarını axtarır.

Məlumata görə, Roberto Mançinin "İnter"dən gedişi və Frank de Burun gəlişi Felonun Milan klubun tərk etməklə bağlı qərar verməsinə səbəb olub. Bu isə "Qalatasaray"ın işinə yarayır.

İstanbul klubu "İnter"ə 3,7 milyon avroya satdığı 33 yaşlı "pitbull" ləqəbli futbolçunun italyanlarla məsələsini həll edərək transfer vərəqəsini almasını istəyir. "Qalatasaray" ona illik 2 milyon avro maaş təklif edir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər