"Qalatasaray" daha bir pis xəbər alıb. Fanat.Az xəbər verir ki, komandanın əsas qapıçısı olan Fernando Muslera zədələnib.
Qolkpier Uruqvay millisinin heyətində zədə alıb. Qabırğasından zərbə alan futbolçu məşqi yarımçıq tərk edib. İndi həkimlər onu Paraqvay matçına yetişdirməyə çalışır.
Qeyd edək ki, bundan əvvəl "Qalatasaray"ın yeni transferi Kolbein Siqtorsson İslandiya millisinin heyətində zədələnmişdi.
Fanat.Az