"Qalatasaray" ulduzunu Yaponiyaya satır

"Qalatasaray" ulduzunu Yaponiyaya satır

Lukas Podolski "Qalatasaray"ı tərk etməyə hazırlaşır. Fanat.Az xəbər verir ki, alman futbolçu karyerasını Yaponiyada davam etdirə bilər.

Türkiyə mətbuatının məlumatına görə, bir müddətdi Yaponiyanın "Vissel Kobe" klubu ilə danışıqlar aparan Podolski  üçün artıq İstanbul təmsilçisinə təklif gəlib. Yaponlar "Qalatasaray"a 7,5 milyon avro transfer haqqı təklif edir. Türk klubunun təklifə müsbət yanaşdığı, son qərarı Podolskinin verəcəyi deyilir. Alman futbolçu təklifi qəbul etsə, 3 illik müqavilə imzalayacaq və ildə 5,5 milyon avro qazanacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər