Qleyzerlər "Mançester Yunayted"i milyarderə satmadı

Qleyzerlər "Mançester Yunayted"i milyarderə satmadı

Britaniyalı milyarder Ser Cim Redkliff Qleyzerlər ailəsinin "Mançester Yunayted"i ona satmadıqlarını açıqlayıb.

Fanat.Az "The Manchester Evening news"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın qatı azarkeşi olan Redkliff may ayında "Mançester Yunayted"ə sərmayə qoymağa çalışıb. Lakin onun cəhdi uğursuz alınıb.

Daha əvvəl milyarder "Çelsi" klubunu almaq üçün addım atıb. 

Qeyd edək ki, Redkliff artıq Fransanın "Nitsa" və İsveçrənin "Lozanna" klubunun sahibidir.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər