"Aston Villa"nın yarımmüdafiəçisi Filippe Koutinyonun "Qalatasaray"a keçidi baş tutmayıb.
Fanat.Az xəbər verir ki, məlumatı "TEAMtalk" yayıb.
Xəbərə görə, İstanbul təmsilçisi 30 yaşlı braziliya futbolçunu icarəyə götürmək istəyib.
Lakin karyerasını İPL-də davam etdirmək istəyən Koutinyo Türkiyə klubuna "yox" deyib.
Qeyd edək ki, o, 2022-ci ildən "Aston Villa"da çıxış edir.
Röya