“Qalatasaray” səfərdə xal itirdi

“Qalatasaray” səfərdə xal itirdi

Türkiyə Super Liqasının təxirə salınmış 16-cı turuna yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

“Sivasspor” - “Qalatasaray” matçında heç-heçə bitib. “Trabzonspor” isə evdə “Samsunspor”a qalib gəlib.

Hazırda 50 xala malik “Fənərbaxça” vahid liderdir. 48 xallı “Qalatasaray” ikinci, 36 xalı olan “Trabzonspor” üçüncü pillədə qərarlaşıb. “Beşiktaş” 32, “Adana Dəmirspor”, “Kayserispor” və “Rizəspor” 29, “Antalyaspor” 28, “Kasımpaşa” 26, “Sivasspor” 25 xal toplayıb.

Türkiyə Super Liqası 16-cı tur 9 yanvar

Alanyaspor – Ankaragücü 1:1 Qollar: Balkoveç, 48 – Radakoviç, 68.

Pendikspor – Antalyaspor 0:1 Qol: B.Öztürk, 19.

Kasımpaşa – Başakşəhər 0:3 Qollar: S.Gürlər, 24. Keni, 54. Opoku, 68.

Rizəspor - Beşiktaş 0:4 Qollar: Raşiça, 4. S.Kılıçsoy, 45; 47. C.Tosun, 79.

10 yanvar

Hatayspor – Qaziantep 0:0

Fatih Karagümrük – Kayserispor 4:1 Qollar: Roden, 23; 38; 41. Lasanya, 52 – Morte, 45+2.

Adana Dəmirspor – İstanbulspor 2:2 Qollar: Barasi, 29. Qravillon, 78 – Vorobyovas, 80. Duhaney, 84.

Fənərbaxça – Konyaspor 7:1 Qollar: Dzeko, 11-pen; 32; 40. M.Müldür, 42. Şimanski, 44. Batşuayi, 63. U.Yazgili, 83-öz qapısına – Gilyerme, 90.

11 yanvar

Sivasspor – Qalatasaray 1:1 Qollar: Koyta, 86-pen – K.Dəmirbay, 45+1.

Trabzonspor – Samsunspor 2:1 Qollar: Benkoviç, 21. Onuaçu, 45+1 – T.Antalyalı, 90+5-pen.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər