“Qalatasaray” Diniyevli “Ümraniyəspor”u darmadağınla keçdi

“Qalatasaray” Diniyevli “Ümraniyəspor”u darmadağınla keçdi

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyəspor" bu gün Türkiyə Kubokunda 5-ci tur oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda səfərdə "Qalatasaray"la üz-üzə gəlib.

Diniyev "Qalatasaray"la matçın start heyətində yer alıb. Qarşılaşmada hesabı qonaqlar açsa da, yekunda 4:1 hesablı əzmkar qələbəyə sevinən “Qalatasaray” 1/8 finala yüksəlib.

Xatırladaq ki, Diniyev mövsümün əvvəlindən "Ümraniyəspor"da çıxış edir.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər