"Arsenal"ın sabiq hücumçusu hazırda isə "Sky Sporst" telekanalının futbol eksperti Pol Merson (Paul Merson) "Mançester Yunayted"in İPL çempionluğunu qazanmasına kömək edəcək üç baş məşqçinin adını açıqlayıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın baş məşqçi Sulşerlə (Ole Gunnar Solskjaer) çempionluq şanslarının olmadığını deyib: "Düşünürəm ki, Tomas Tuxel (Thomas Tuchel), Yurgen Klopp (Jürgen Klopp) və ya Pep Quardiola (Pep Guardiola) "Mançester Yunayted"də çalışsaydılar, komandanı Premyer Liqa çempionu edərdilər. Bu çox sadədir - yaxşı məşqçi və olduqca keyfiyyətli heyət. İlk gündən deyirəm ki, bu baş məşqçi ilə "Mançester Yunayted"in çempionluq şansı yoxdur".
Xatırladaq ki, 6 turdan sonra 13 xala sahib olan "qırmızı şeytanlar" İPL-də turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıblar.
Emin Şəmsiyev