Neymar "Mançester Yunayted"də oynayacaq - Atası dedi

Neymar "Mançester Yunayted"də oynayacaq - Atası dedi

"Bir gün Neymar "qırmızı şeytan" olacaq".

Fanat.Az xəbər verir ki, bu sözlər futbolçunun atasına məxsusdur. 

O, bu barədə Braziliyanın DAZN nəşrinə verdiyi müsahibə danışıb: “Əminəm ki, o, təqaüdə çıxana qədər mütləq “Mançester Yunayted”də oynayacaq. Bir gün Neymar "qırmızı şeytan" olacaq. Onun 16 yaşı olanda məndən "Niyə məşhur braziliyalı oyunçular "Mançester Yunayted"də oynamayıblar?", - deyə soruşmuşdu. Mən isə ona bu ənənəni poza bilər dedim”.

Xatırladaq ki, 29 yaşlı futbolçu hazırda PSJ-də çıxış edir. Neymar fransızların heyətində çıxdığı 80 oyunda 59 qolla yadda qalıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər