"Mançester Yunayted"in ulduz oyunçusunu itirdi

"Mançester Yunayted"in ulduz oyunçusunu itirdi
"Mançester Yunayted”in forvardı Edinson Kavani zədələnib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, uruqvaylı hücumçu Premyer Liqanın 22-ci turu çərçivəsində "Sauthempton”a qarşı keçirilən ev oyununun ikinci hissəsində zədələnərək meydanı tərk edib. Kavaninin son durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.
 
Qeyd edək ki, bu gecə keçirilən matç MY-nin 9:0 hesablı qələbəsi ilə başa çatıb. Komandasının qollarından birini Kavani vurub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər