"Mançester Yunayted"in qapıçısı David de Xea komandanın cari mövsüm uğursuz çıxışını şərh edib.
Fanat.Az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə "El Pais"ə danışıb:
"Düşünürəm ki, bizi kimsə ya lənətləyib, ya da ona oxşar nəsə olub. İnanın ki, nə baş verdiyini anlamıram. İnsanlar məndən soruşurlar və bunu komandada müzakirə edirik. Amma problemin nədə olduğunu anlaya bilmirik".
Qeyd edək ki, 24 turdan sonra 39 xal yığan "Mançester Yunayted" 6-cı pillədə qərarlaşıb. "Qırmızı şeytanlar" lider "Mançester Siti"dən 21 xal geri qalır.