"Mançester Yunayted"in müdafiəçisi səfərə niyə aparılmayıb?

"Mançester Yunayted"in müdafiəçisi səfərə niyə aparılmayıb?
"Mançester Yunayted"in müdafiəçisi Erik Beyi noyabrın ortalarınadək komandasına kömək edə bilməyəcək.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, səbəb iyulda komanda yoldaşı Harri Maquayrla toqquşaraq beyin silkələnməsi keçirən oyunçunun səhhətində problemlər yaranmasıdı. O, PSJ ilə Çempionlar Liqası çərçivəsində dünən baş tutan səfər matçına da bu üzdən aparılmayıb.
 
Qeyd edək ki, PSJ-ni səfərdə 2:1 hesabıyla yenən MU İngiltərə Premyer Liqasının turnir cədvəlində 15-ci pillədədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər