“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş gələcəyi ilə suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, "Daily Mail" portuqaliyalı ulduzun dediklərini belə təqdim edib:

“Yayda klubu tərk edə bilərəmmi? Fikrimcə, klubun hələ mənə ehtiyacı var. Həmişə demişəm ki, MY-yə faydalı olmaq istəyirəm. “Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, təbii ki, gedəcəyəm.

Mövsüm hələ başa çatmayıb. Premyer Liqada hələ bir oyunumuz var, sonra isə İngiltərə Kubokunda mövsümün ən vacib oyunumuza çıxacağıq”.

"Transfermarkt" 29 yaşlı Brununun dəyərini 70 milyon avro qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər