"Mançester Yunayted"in əfsanəsi: "Ronalduya qarşı hörmətsizlik edilir"

"Mançester Yunayted"in əfsanəsi: "Ronalduya qarşı hörmətsizlik edilir"

“Mançester Yunayted”in sabiq kapitanı Roy Kin Premyer Liqanın 9-cu turunun “Mançester Siti” ilə oyununda (3:6) hücumçu Kriştianu Ronaldunun ehtiyyatda qalmasına narazılıq bildirib.

Fanat.Az xəbər verir ki, "Mirror" 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: 

“Mançester Yunayted" Ronalduya hörmətsizlik edir. Düşünürəm ki, o, bu yay transfer pəncərəsi zamanı buraxılmalı idi. Məncə, baş məşqçi onu sırf ehtiyat oyunçular skamyasında saxlamaq istəyir. O, bütün zamanların ən böyük oyunçularındandır”. 

Qeyd edək ki, Ronaldu bu mövsüm bütün turnirlərdə 8 oyuna çıxıb və 1 qol vurub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər