"Mançester Yunayted"ə şad xəbər

"Mançester Yunayted"ə şad xəbər

"Mançester Yunayted"in zədəli futbolçusu Lisandro Martinesdən xəbər var. 

Fanat.Az-ın məlumatına görə, 25 yaşlı argentinalı müdafiəçi sağalıb. 

Bu barədə klubun mətbuat xidməti xəbər yayıb. Lisandro artıq komanda ilə birgə məşqlərə başlayıb. 

Qeyd edək ki, o, 13 aprel tarixində "Sevilya"ya qarşı (2:2) keçirilən Avropa Liqasında matçında ciddi xəsarət almışdı. 

Xatırladaq ki, Argentina millisinin üzvü 2022-ci ildən "Mançester Yunayted"də çıxış edir. "Ayaks"dan transfer edilən Martines "qırmızı şeytanlar"ın heyətində 27 matçda meydana çıxıb və 1 qol vurub. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər