"Mançester Yunayted"dən de Yonq üçün yeni təklif - MƏBLƏĞ

"Mançester Yunayted"dən de Yonq üçün yeni təklif - MƏBLƏĞ

"Mançester Yunayted" "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq üçün qarşı tərəfə yeni təklif göndərib.

Fanat.Az xəbər verir ki, informasiya "Marca" nəşrinə məxsusdur.

Xəbərə görə, İngiltərə klubunun nümayəndələri "Barsa" bosslarına 60 milyon avro və əlavə olaraq 20 milyon avro bonus ödəməyə hazır olduqlarını çatdırıb. "Barselona"nın idarəçilərinin aldıqları təklifi götür-qoy etdikləri açıqlanıb.

Həmçinin qeyd olunur ki, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq həmyerlisi ilə şəxsən əlaqə saxlayaraq onu "qırmızı şeytanlar"a qoşulmağa səsləyib.

De Yonq 2019-cu ildən "Barselona"nın futbolçusudur. Yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər