"Mançester Yunayted"dən ayrılan Antonio Valensiyanın yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, ekvadorlu müdafiəçi karyerasını vətənində davam etdirəcək. Belə ki, 33 yaşlı futbolçu Ekvadorun elita təmsilçisi "LDU Kito" ilə 2 illik müqavilə müqavilə bağlayıb.
Qeyd edək ki, Valensiya 2005-ci ildə ölkəsinin "El Nasional" klubundan 2 milyon avroya İspaniya "Vilyarreal"ına keçmişdi. Daha sonra İspaniyanın "Rekreativo" və "Viqan" klublarında top qovub. Müdafiəmi 2009-cu ildə "Viqan"dan 18.8 milyon avroya "Mançester Yunayted"ə transfer olunub. O, ötən mövsüm cəmi 9 rəsmi oyunda meydana çıxıb.
Fanat.Az