“Mançester Yunayted”in 11 futbolçusu klubu tərk etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərənin "The Sun" nəşri məlumat yayıb.
Bir çox futbolçu komanda məşqçi işindən narazıdır.
Sabiq çalışdırıcı Ule-Qunnar Sulşerin rəhbərliyi altında praktika itirən futbolçuların sayı hazırki baş məşqçi Ralf Ranqnikin idarəçiliyi ilə getdikcə artmaqdadır. Cessi Linqard, Donni Van De Bek, Erik Bayi və Din Henderson Ranqnikin onlara az şans verdiyinə görə məyus olan oyunçular arasındadır.
"The Sun" nəşrinə məlumat ötürən mənbə klubun böyük problemlə üzləşdiyini söyləyib: “Klubda işlər yaxşı deyil. Atmosfer həqiqətən çox isdir və deyəsən “Mançester Yunayted” böyük problemlərlə üzləşib”.
Xatırladaq ki, İPL-in XXI turundan sonra "Mançester Yunayted" 31 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Emin