İngiltərənin "Mançester Yunayted"klubu fransalı əfsanəvi sabiq futbolçu Zinəddin Zidana (Zinedine Zidane) klubun baş məşqçisi olması təklifini göndərib.
Fanat.Az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə 49 yaşlı mütəxəssis Fransa millisinin baş məşqçisi olmaq niyyətindədir və təklifi qəbul etməyib.
Xatırladaq ki, "qızmızı şeytanlar"ın hazırki baş məşqçisi Ule Quna Sulşerin (Ole Gunnar Solskjaer) fəaliyyəti klub azarkeşlərini və rəhbərliyini qane etmir.
Emin Şəmsiyev