"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir

"Mançester Yunayted" Sterlinqi "Siti"nin əlindən almaq istəyir
"Mançester Siti" Çempionlar Liqasında iştirakdan məhrum olarsa, Rahim Sterlinq komandanı tərk edə bilər.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" Sterlinq uğrunda mübarizə aparmağa hazırdı. İngilis futbolçunun transferi "qırmızı şeytanlar"a asan başa gəlməyəcək. Bununla belə, diskvalifikasiya qərarı təsdiqlənəcəyi təqdirdə, MY Rahimin transferi üçün cəhdlərə başlayacaq.
25 yaşlı vingerin adı daha öncə "Real"la birlikdə hallanırdı.
Cari mövsümdə Premyer Liqada 24 matçda meydana çıxan Sterlinqin aktivində 11 qol, 1 məhsuldar ötürmə var. 
Qeyd edək ki, "Mançester Siti" maliyyə feyr-pleyi qaydalarını pozduğuna görə iki mövsüm Çempionlar Liqasında iştirakdan məhrum edilib. "Şəhərlilər" məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət ünvanlayıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər