Yaxın həftələrdə "Mançester Yunayted" yeni baş məşqçi axtarışlarına başlayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin nüfuzlu nəşrlərindən olan "The Athletic" yayıb.
Xəbərə görə, “Mançester Yunayted” ətraflı danışıqlar aparıb, optimal seçim edəcək. Namizədlər sırasında Erik ten Haq ("Ayaks"), Xulen Lopeteqi ("Sevilya"), Luis Enrike (İspaniya millisi) və PSJ-nin baş məşqçisi Maurisio Poçettino var.
Qeyd edək ki, hazırda komandaya Ralf Ranqnik başçılıq edir. O, mövsümün sonunda məşqçi postunu tərk etsə də, "Mançester Yunayted"də qalacaq və klubun transfer məsələlərində mühüm rol oynayacaq.
Emin