"Mançester Yunayted" Ronaldusuz "batacaq"

"Mançester Yunayted" Ronaldusuz "batacaq"

"Mançester Yunayted"in keçmiş hücumçusu Dion Dablin Kriştianu Ronaldunun "qırmızı şeytanlar"ın heyətindəki gələcəyi ilə bağlı öz fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "BBC Sport" veteran futbolçu dediklərini belə çatdırıb:

“Ronaldunun hara gedəcəyini bilmirəm. İspaniyaya, İtaliyaya, Fransaya... Hara gedəcəyi bəlli deyil. Amma klub fövqəltəbii bir şey etməsə, onun “Mançester Yunayted”də qalacağını düşünmürəm.

Məncə, “Mançester Yunayted” Ronaldusuz "batacaq". Üümid edirəm ki, o, komandaya kömək etmək üçün qalmaq barədə düşünəcək. Amma etiraf edim ki, Ronaldunun “Mançester Yunayted”də qalması üçün heç bir səbəb görmürəm. Yeni baş məşqçiyə 300 milyon funt sterlinq ayrılacaq, bu da lazımınca istifadə ediləcək. Yenə də Ronaldunun gedəcəyini düşünürəm”.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər