"Mançester  Yunayted" Qrinvudla bağlı qərar verdi - RƏSMİ  

"Mançester  Yunayted" Qrinvudla bağlı qərar verdi - RƏSMİ  

İngiltərənin "Mançester Yunayted" klubunda ayrılıq gerçəkləşib.

Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi Meyson Qrinvudla yollarını ayırıb. 

Bu barədə "qırmızı şeytanlar"ın mətbuat xidməti məlumat yayıb. 

Mançester təmsilçisi 21 yaşlı vingerlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Meyson Qrinvud "Mançester Yunayted"in yetirməsidir. İngiltərə millisinin sabiq üzvü "manikunyanlar"ın heyətində meydana çıxdığı 129 rəsmi matçda 35 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Meyson Qrinvud sevgilisinə təcavüzdə ittiham olunuraq həbs edilmişdi. O, ötən ilin oktyabr ayında bəraət alıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər