"Mançester Yunayted" növbəti mövsümlə bağlı transfer planlarını dəqiqləşdirib.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, MY "Tottenhem"in hücumçusu Harri Keyn və "Real"ın yarımmüdafiəçisi Hames Rodriqesi transfer etmək niyyətində deyil. "Qırmızı şeytanlar" daha əvvəl ingilis futbolçu ilə maraqlansalar da, "Spörs"ün istədiyi məbləği ödəməyə hazır olmadıqları üçün keçiddən imtina ediblər.
Hamesə gəlincə, "Mançester Yunayed" rəhbərliyi "bazar"da daha güclü oyunçu tapa biləcəklərinə inanır. Klub daha çox "Aston Villa"nın yarımmüdafiəçisi Cek Qrilişə maraq göstərir.
Mançester təmsilçisi ilə adı hallanan bir digər oyunçu Dortmund "Borussiya"sının vingeri Ceydon Sançodu. Lakin onun transferi "sarı-qaralar"ın tələb etdiyi məbləğdən birbaşa asılı olacaq. Daha öncə "Borussiya"nın Sançonun keçidini 110 milyon avro dəyərində qiymətləndirdiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az