"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq uzun müddətdir ki, klub rəhbərlərindən "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqla müqavilə imzalamağı xahiş edir. Bir müddət əvvəl "qırmızı şeytanlar" kataloniyalılara 70 milyon avro təklif etmişdilər. Məlum olub ki, "Barselona" bundan imtina edib.
Fanat.Az futbol insayderi Fabritsioio Romanoya istinadən xəbər verir ki, “Mançester Yunayted” təslim olmaq fikrində deyil və danışıqları davam etdirəcək.
Qeyd edək ki, ötən mövsüm 46 matçda 4 qol vuran 25 yaşlı yarımmüdafiəçi üçün "Barselona" "Ayaks"a 86 milyon avro ödəmişdi.
Emin