"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

"Mançester Yunayted" Bruno ilə bağlı qərar verdi

"Mançester Yunayted" yarımmüdafiəçisi Bruno Fernandes ilə yeni müqavilə imzalamağa çox yaxındır. 

Fanat.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 

Xəbərə görə, yeni müqavilə imzalanacağı təqdirdə futbolçunun həftəlik məvacibi 250 000 funtdan çox artacaq. 

Sözləşmə 1+1 illik nəzərdə tutulub. 

Qeyd edək ki, 27 yaşlı portuqaliyalı 2020-ci ildən "qırmızı şeytanlar"ın heyətində çıxış edir. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər