“Mançester Yunayted” 74 milyon avroya hücumçu aldı

“Mançester Yunayted” 74 milyon avroya hücumçu aldı

"Mançester Yunayted" "Atalanta"nın hücumçusu Rasmus Hoylundu transfer edib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə 5+1 illik müqavilə imzalanıb.

“Mançester Yunayted” 20 yaşlı futbolçu üçün 74 milyon avro təzminat ödəyəcək.

Hoylund “Atalanta”da cəmi bir mövsüm keçirib. İtaliya klubu onu 2022-ci ilin avqustunda Avstriyanın "Şturm" klubundan 20 milyon avroya alıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər