"Barselona"nın yarımmüdafiəçisi Filippe Koutinyu karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, Koutinyu "Mançester Yunayted"in maraq dairəsindədi. "Qırmızı şeytanlar"ın yaxın günlərdə təklif göndərəcəyi gözlənilir.
MY ilə yanaşı, digər ingilis klubları - "Çelsi", "Tottenhem" və "Liverpul" da braziliyalı futbolçu ətrafındakı situasiyanı yaxından izləyirlər.
Koutinyu 2019-cu ilin yayında 8,5 milyon avro icarə haqqı qarşılığında "Bavariya"ya keçmişdi. Cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxan 27 yaşlı oyunçunun aktivində 8 qol, 6 məhsuldar ötürmə var.
Koutinyunun "Barselona" ilə olan müqaviləsi 2023-cü ilin yayında başa çatır. "Bavariya" 120 milyon avro ödəyərək onun transfer hüquqlarını ələ keçirə bilər.
Fanat.Az