"Mançester Yunayted" "Real Madrid"in yarımmüdafiəçisi Kazemiro ilə danışıqlar aparmaq üçün nümayəndələrini İspaniyaya göndərib.
Fanat.Az "TNT Sports"a istinadən xəbər verir ki, onlar braziliyalı futbolçuya həftədə təxminən 430 000 avro maaşla 5 illik müqavilə təklif edəcəklər.
"Qırmızı şeytanlar" transferi reallaşdırmaq üçün Madrid klubuna 60 milyon avro ödəməyə hazırdırlar.
Kazemiro klubu tərk etmək istəsə, "Real Madrid" onu saxlamağa çalışmayacaq.
Emin