Futbol üzrə İngiltərə Premyer Liqasında 9-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə üç görüş reallaşıb. “Lester Siti” səfərdə “Brentford”u üstələyibsə, “Tottenhem” isə “Vest Hem”ə səfərdə boyun əyib. Turun mərkəzi qarşılaşması isə Mançesterdə baş tutub. Yenilgi tanımayan “Liverpul” “Mançester Yunayted”in qonağı olub. Ule-Qunnar Sulşerin komandası öz meydanında rüsvayçı hesabla uduzub. "Qırmızı şeytanlar"ın fransalı ulduzu Pol Poqbanın 60-cı dəqiqədə qovulmasını isə liderdən alınan darmadağına ciddi səbəb saymaq olmaz. Bütün qollar Poqba qırmızı vərəqə alana qədər vurulub. İngiltərə Premyer Liqası 9-cu tur 24 oktyabr Brentford – Lester Siti 1:2 Qollar: Yorgensen, 60 – Tilemans, 14. Maddison, 73. Vest Hem – Tottenhem 1:0 Qol: M.Antonio, 72. Mançester Yunayted – Liverpul 0:5 Qollar: Keyta, 5. Jota, 13. Salah, 38; 45+5; 50.
23 oktyabr Çelsi – Norviç Siti 7:0 Qollar: Maunt, 8; 85; 90+1. Hadson-Odoi, 18. R.Ceyms, 42. Çiluell, 57. Arons, 62-öz qapısına. Kristal Pelas – Nyukasl 1:1 Qollar: Benteke, 56 – Uilson, 65. Lids – Vulverhempton 1:1 Qollar: Rodriqo, 90+4-pen – Hvan, 10. Everton – Uotford 2:5 Qollar: Deyvis, 3. Riçarlison, 62 – Kinq, 13; 80; 86. Kuçka, 78. Dennis, 90+1. Sauthempton – Börnli 2:2 Qollar: Livramento, 41. Broya, 50 – Korne, 13; 57. Brayton – Mançester Siti 1:4 Qollar: Makallister, 81-pen. – Gündoğan, 13. Foden, 28; 31. Mahrez, 90+5.
22 oktyabr Arsenal – Aston Villa 3:1 Qollar: Partey, 23. Obameyanq, 45+6. Smit Rou, 56 – Remsi, 82.