Fatih Terim "Qalatasaray"a qayıdır. Fanat.Az xəbər verir ki, bu iddia ilə İstanbul klubunun sabiq futbolçusu Kerem İnan çıxış edib.
O, "A Spor"da yayımlanan proqramdakı çıxışında bildirib ki, "Qalatasaray" Fatih Terimlə anlaşıb: "Yaxın münasibətdə olduğum şəxslərdən aldığım məlumata görə, "Qalatasaray" Fatih Terimlə razılığa gəlib. Gələn mövsüm komandanı o, çalışdıracaq. Fatih Terimin milli komandadakı yerinə isə ya Şenol Güneş, ya da Aykut Kocaman keçəcək".
Qeyd edək ki, Fatih Terim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə "Qalatasaray"a başçılıq edib. Komanda onun rəhbərliyi altında 6 dəfə Super Liqanın, 2 dəfə ölkə kubokunun, 4 dəfə Türkiyə Super Kubokunun qalibi olub, UEFA Kubokunu qazanıb.
Fanat.Az