Emre "Qalatasaray"a niyə dönməyib? - AÇIQLADI

Emre "Qalatasaray"a niyə dönməyib? - AÇIQLADI

Emre Belözoğlu Avropa macərasını başa vuraraq Türkiyəyə dönərkən "Qalatasaray"a keçməməsinin səbəbini açıqlayıb. Fanat.Az xəbər verir ki, hazırda "Başakşəhər"də çıxış edən futbolçu bu barədə "Fanatik"ə danışıb.

Emre bildirib ki, qarşı tərəf bunda maraqlı olmayıb: "Adnan Polat "Qalatasaray"la danışmadan Türkiyəyə dönməyəcəm" dedim. Amma maraqlanmadılar. "Fənərbaxça"dan təklif gəldi".

Emre 2001-ci ildə "Qalatasaray"dan "İnter"ə keçmişdi. 2005-ci ildə "Everton"a transfer olunan futbolçunu 3 il sonra "Fənərbaxça" 4,5 milyon avroya heyətinə qatmışdı. Əzəli rəqibin formasını geyindiyi üçün "Qalatasaray" azarkeşləri onu satqın adlandırırdı.

Emre son müsahibəsində karyerası ilə bağlı maraqlı etiraflar edib. O, ayağının kəsilmək ehtimalından danışıb: "İnter"dəki son mövsümümdə zədələndim. Əgər bir gün daha tez sağalmasaydım, ayağım kəsilə bilərdi".

Onun Fatih Terimlə bağlı etirafı da maraqlı olub: "İlk dəfə 1998-ci ildə Fatih Terim məni danladı. Paltardəyişmə otağında buna görə çox ağldım".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər