"Qalatasaray"ın sabiq ulduzu Didye Droqba transfer pəncərəsinin son günündə haqqında çıxan iddiaları yalanlayıb.
Fanat.Az xəbər verir ki, Kot`D-İvuar yığmasının üzvünün iki mövsüm formasını geydiyi "Montreal İmpakt"dan ayrılandan sonra komanda axtarışına davam etdiyi vaxtda "Qalatasaray"a qayıtmaq iddaları ortaya atılmışdı.
38 yaşlı forvard isə "tvitter" hesabında bunları yazıb: "Sevgili "Qalatasaray" ailəm, son zamanlar mətbuatda bu klubla təmasda olduğum və maliyyə tələblərim olduğu üçün istənilmədiyim deyilir. Mənimlə heç kim əlaqə saxlamayıb və tələblərim də olmayıb. Mən və "Qalatasaray" ailəm gələcək zamanların birində birlikdə olacağıq. "Qalatasaray", Türkiyəm və "Qalatasaray"ın qürurlu tərfdarları mənim evim və ailəmdi. Bu əbədiyyən belə olacaq. Hər zaman hər yerdə ən böyük Cimbom".
Fanat.Az