Mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları açıqlanıb.
Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, baş məşqçi Ole-Qunnar Sulşer heyətdə böyük dəyişikliklər edəcək. Artıq norveçli mütəxəssisin vidalaşacağı 6 futbolçunun adı müəyyənləşib.
İddia olunur ki, Ander Errera, Xuan Mata, Aleksis Sançes, Antonio Valensiya, Markos Roxo və Matteo Darmian komandanı tərk edəcək.
Fanat.Az