15 milyon verdilər, "Qalatasaray" 25 milyon istədi

15 milyon verdilər, "Qalatasaray" 25 milyon istədi

"Qalatasaray"ın futbolçusu Bruma Avropanın böyük klublarının maraq dairəsinə düşüb. Fanat.Az xəbər verir ki, "Real Sosyedad"dan icarədən dönən portuqaliyalını "Sevilya" və PSV istəyir.

Məlumata görə, bu mövsüm ideal formada olan Bruma üçün yayda kluba 15 milyon avroluq təkliflər gəlib. Lakin "Qalatasaray" böyük gələcək vəd edən 21 yaşlı futbolçu üçün 25 milyon avro istəyib.

Məlumatda bildirilir ki, Bruma "Sevilya" və PSV ilə yanaşı, "Arsenal", "Çelsi", "Vest Hem" və "Tottenhem" skautlarının da maraq dairəsindədi. Amma bu klublardan hələlik təklif yoxdu.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər