Yunes Belhanda "Qalatasaray"dan qovuldu

Yunes Belhanda "Qalatasaray"dan qovuldu
"Qalatasaray" futbolçusu Yunes Belhanda ilə yollarını ayırıb.
Fanat.Az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin sözləşməsi tək tərəfli ləğv edilib.
"Sarı-qırmızılar" Belhandanın klubun imicinə xələl gətirən açıqlamalar verdiyini bildirib. Klub sözləşmənin haqlı səbəbdən ləğv olunduğunu vurğulayıb.
Qeyd edək ki, Yunes Belhanda 2017-ci ildən "Qalatasaray"da çıxış edib. O, iki dəfə Türkiyə Super Liqasının qalibi olub. Futbolçunun müqaviləsi yayda başa çatmalı idi.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər